Samur gömrük postunda sıxlıq necə aradan qaldırılacaq?backend

Samur gömrük postunda sıxlıq necə aradan qaldırılacaq?

Hal-hazırda mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar Samur gömrük postunda yaranan sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələri ilə yanaşı, dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması da tövsiyə edilir.

KONKRET.az-a Azərbaycan Respublikası Dəmir Yolları QSC-dən bildirilib ki, bununla əlaqədar, Azərbaycan Dəmir Yolları yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazır olduğunu bildirir:

“Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq, 20-25% aşağı qiymətə başa gəlir.

Məhsulların ixracının sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb”.

Əlaqələndirici şəxslər:

1. Emil Əhmədov – (ADY) Yük daşımalar departamentinin rəisi – 050 211 55 32

2. Babək Əliyev – (ADY) Yük daşımalar departamentinin rəisinin müavini – 050 210 60 68

3. Elçin Məmmədov – (ADY) Yük daşımalar departamentinin rəisinin müavini – 050 403 03 63

4. Ceyhun Ağayev– (DGK) Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin rəisi – 050 271 85 85

5. Orxan Mikayıl – (AQTA) İdxal və ixraca nəzarət şöbəsinin müdiri – 050 310 33 55

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*