Samuxda koronavirus xəstəsi məsuliyyətə cəlb edildibackend

Samuxda koronavirus xəstəsi məsuliyyətə cəlb edildi

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun Nəbiağalı kənd sakini Aynur Xəlilova ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*