Sanduya verilən ən bahalı hədiyyə Azərbaycandan olubbackend

Sanduya verilən ən bahalı hədiyyə Azərbaycandan olub

Jurnalistlər Moldova prezidenti Maya Sandunun 2024-cü ildə aldığı hədiyyələri açıqlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə material “IPN” agentliyinin saytında dərc olunub.

Belə ki, ən bahalı hədiyyə Azərbaycan Respublikasının Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyevin yun xalçası olub. Təsdiqlənmiş səfirlərin akkreditasiya mərasimi çərçivəsində təqdim olunan məhsul ənənəvi xalq üslubunda hazırlanıb və Qarabağ rayon Xalçaçılıq Məktəbində istehsal olunub. Qeyd olunur ki, hədiyyənin dəyəri 17 490 ley təşkil edir.

Bundan əlavə, dəbdəbəli hədiyyələr arasında Cənubi Bessarabiyanın yepiskopu Veniamindən 9250 ley dəyərində bir ikona var. Öz növbəsində Fransanın xarici işlər naziri Ketrin Kolonna ləçəkləri açıq qızılgüldən ibarət əl istehsalı suvenir təqdim edib. (Teleqraf.com)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*