Saqatelyan: “Paşinyan hakimiyyətdə qaldığı hər gün ölkəmizə təhlükədir”backend

Saqatelyan: “Paşinyan hakimiyyətdə qaldığı hər gün ölkəmizə təhlükədir”

“2018-ci ildə hakimiyyətə gələn insanlar gündəlik mütəşəkkil və şüurlu çalışmaları ilə 2,5 il ərzində Ermənistan ordusunu məhv etdi, milli toxunulmazlığı zəiflətdi, ölkəni müharibəyə yönəltdi, müharibədən əvvəl və müharibə boyu hərəkətsizlik, xəyanət göstərdi. 10 noyabrda İrəvan, Moskva və Bakı üçtərəfli bəyanatı imzalandıqdan dərhal sonra xalq ayağa qalxdı və Vətəni Qurtarma Hərəkatına qoşuldu”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Baş nazir vəzifəsinə müxalifətin namizədi Vazgen Manukyanla Vanadzor şəhərində görüş zamanı Hərəkatın koordinatoru, “Daşnaksütyun” (ARF) Ali Qurumunun üzvü İşxan Saqatelyan söyləyib. O əlavə edib ki, “Paşinyan, hakimiyyətdə qaldığı hər gün ölkəmizə və dövlətimizə təhlükədir. Bu adam kreslosundan bərk yapşıb, buraxmayacaq və bu səbəbdən ölkəmiz məhvə doğru gedir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*