Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyanın koronavirusa yoluxduğu və ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
“O, xəstəxanaya yerləşdirilib, artıq iki həftədir ki, ağır vəziyyətdə reanimasiya şöbəsindədir”, – deyə xəstəxanadan bildirilib.
