Satanovski: “Paşinyanın Rusiyanı düşmən adlandırmasına az qaldı”backend

Satanovski: “Paşinyanın Rusiyanı düşmən adlandırmasına az qaldı”

Paşinyanın Qərb mətbuatına son müsahibələrində Rusiyanı hədəfə alması Şimal qonşumuzun siyasi dairələrində sərt qarşılanıb.

KONKRET.az xəbər verir ki, Ermənistan Baş nazirinin Rusiyanı onlara kömək etməməkdə ittihamı və müttəfiqlərinin erməniləri döyüş meydanında tək buraxmaq haqqında fikirlərinin arxasında ciddi məqamlar dayanır.

Rusiyanı bölgədən sıxışdırmağın yolunu axtaran Paşinyan hesab edir ki, rusları etibarsızlıqda günahlandırmaq onların regiondan sıxışdırılmasına zəmin yarada bilər. Rusiyada da bunu anlayırlar və Ermənistan Baş nazirinin səsləndirdiyi hər ifadə təftiş edilir və geniz müzakirəyə səbəb olur.

Bütün zamanlarda ermənilərin mövqeyini dəstəkləyən rusiyalı politoloqlar da Paşinyanın son müsahibələrindən əməlli-başlı təşvişə düşüblər. Onlar üçün gözlənilməz olan Ermənistanın bu yanaşması müxtəlif aspektlərdən təhlil edilir. Yaxın Şərq İnstitutu elmi mərkəzinin prezidenti, politoloq Yevgeni Satanovski özünün Telegram kanalında Paşinyanın dediklərinə sərt reaksiya verib: “Bir azdan Paşinyan Rusiyanı düşmən adlandıracaq və deyəcək ki, İran da onların maraqlarını təmin etmir. Bütün bunların arxasında onun NATO sevdası dayanır. Paşinyanı Qarabağda yaşayan ermənilər də maraqlandırmır. O, sadəcə Qarabağ mövzusu ilə siyasi alver edir. Asanlıqla ABŞ və Avropanın himayəsi altına keçəcəyini düşünür, amma yanılır”, – deyə Stanovski vurğulayıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*