“Saxlanılan fəal heç vaxt polis əməkdaşı olmayıb” – Rəsmi açıqlamabackend

“Saxlanılan fəal heç vaxt polis əməkdaşı olmayıb” - Rəsmi açıqlama

“Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir”​

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, İ.Quliyevin əməlləri istintaqla sübuta yetirilib və tədbirlərlə saxlanılan qrup üzvlərindən biridir: “O, istintaqa məlum olan şəxslərə narkotik vasitələrin təminatını həyata keçirib. Onun əvvəllər daxili işlər orqanlarında polis əməkdaşı kimi xidmət etməsi ilə bağlı iddialar əsassızdır, o heç vaxt polis əməkdaşı olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*