backend

Şaxtada yanğın, 130 nəfər xilas olunmağı gözləyir

İsveçdə Qartsenberq şaxtasında yanğın olub.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 130 nəfər mədəndə qapalı qalıb. Yer altında isə 70-80 şaxtaçının olduğu bildirilir. Tüstülənmə yerin 852 metr dərinliyində başlayıb. Hadisə yerində xilasedicilər çalışır.

Məlumata görə, şaxtanın 46 sığınacaq otağı var. Oksigen ehtiyatı isə 8 saat ərzində 239 nəfərə çatacaq qədərdir. Şaxtanın daxilində bir ədəd yanğınsöndürən maşın və bir ədəd təcili yardım maşını var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*