“Şaxtyor” darmadağın oldu – Çempionlar Liqasıbackend

“Şaxtyor” darmadağın oldu - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında III tura start verilib.

KONKRET.az xəbər verir ki, turun ilk iki oyunu Rusiya və Ukrayna paytaxtlarında gerçəkləşib.

Moskvada “Lokomotiv” İspaniya “Atletiko”u ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 18-ci dəqiqədə Xose Maria Ximenesin vurduğu qola meydan sahiblərindən Anton Mirançuk 25-ci dəqiqədə penalti zərbəsi ilə cavab verib. Bununla da “Atletiko” 4 xalla A qrupunda 2-ci, “Lokomotiv” 2 xalla 3-cü pillədə qalıb.

Kiyevdə Donetskin “Şaxtyor” komandası Almaniyanın “Borussiya” (Mönhenqladbax) kollektivini qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb. Toplardan 3-nü Alassan Plea 8-ci, 26-cı və 78-ci dəqiqələrdə vurub. 17-ci dəqiqədə Valeri Bondar topu öz qapısına göndərib, daha iki qola isə Rami Bensebaini 44-cü və Lars Ştindl 65-ci dəqiqədə imza atıb.

Bununla da B qrupunda ilk məğlubiyyətlə üzləşən “Şaxtyor” 4 xalla 2-ci pilləyə enib. Xalını 5-ə yüksəldən “Borussiya” isə liderə çevrilib (report).

Qeyd edək ki, günün daha 6 görüşü gecəyarısı başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*