Səddam Hüseynin heç vaxt ayaq basmadığı yaxtası görün necə İSTİFADƏ OLUNUR – FOTOLARbackend

Səddam Hüseynin heç vaxt ayaq basmadığı yaxtası görün necə İSTİFADƏ OLUNUR - FOTOLAR

Səddam Hüseynin şəxsi yaxtası elm mərkəzinə çevrilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizayn edilən yaxta lövbər saldığı Bəsrə limanında dəniz elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.

Səddam Hüseynin adını daşımasına baxmayaraq, devrilmiş rəhbərin heç vaxt ayaq basmadığı yaxtanın tikintisinə 1980-ci ildə Danimarkada başlanılıb və bir il sonra işlər tamamlanıb. Şəxsi yaxta 8 illik İraq-İran, daha sonra isə Körfəz müharibəsi səbəbindən İraqa gətirilməyib.

Yaxta daha sonra Səddam Hüseyn tərəfindən Səudiyyə Ərəbistanının o zamankı kralı Fəhd Bin Əbdüləziz Əl-Səuda hədiyyə edilib. Maraqlı dizaynı ilə seçilən yaxta o zamanlar “Kadisiyə Yaxtası” adlandırılsa da, hazırda “Basra Breeze” yaxtası kimi tanınır.

4 MƏRTƏBƏLİ 18 OTAQLI

Çox qiymətli mebellərlə təchiz olunan yaxta 18 otaq 4 mərtəbədən ibarətdir. 82 metr uzunluğunda olan yaxtada hətta bərbərxana, kimyəvi təmizləmə və ilk tibbi yardım otağı da var.

Səddamın ölkəyə gətirə bilmədiyi yaxta yalnız 2010-cu ildə Bəsrəyə daxil olub. Dövrün nəqliyyat naziri Əmir Əbdüccəbər bu yaxtanı Səddamın xüsusi məqsədlər üçün tikdirdiyini və dövlətin malı olduğundan ölkəyə gətirildiyini açıqlayıb.

2015-ci ildə iraqlı və alman alimlərin hazırladığı layihə çərçivəsində ilk dəfə yaxta ilə dəniz kəşfiyyatı turu həyata keçirilib. Bu gün Dəclə və Fərat çaylarının qovuşduğu Şattularapda lövbər salan Səddamın şəxsi yaxtası Bəsrə Universiteti Dəniz Elmləri İnstitutunun Elmi Araşdırma Mərkəzi kimi istifadə olunur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*