“Sədərək”dəki yanğında 8 nəfərə yardım göstərilib, bir nəfər xəstəxanaya aparılıbbackend

“Sədərək”dəki yanğında 8 nəfərə yardım göstərilib, bir nəfər xəstəxanaya aparılıb

Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb…

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) KONKRET.az-a bildirilib ki, 8 nəfərə hadisə yerində yardım göstərilib.

Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*