Səfərbərlik MÜRACİƏTİ: “Xanımlarınız, analarınız və uşaqlarınız üçün sığınacaq veririk”backend

Səfərbərlik MÜRACİƏTİ: “Xanımlarınız, analarınız və uşaqlarınız üçün sığınacaq veririk"

“Digər vilayətlərdən məcburi köçkün kimi gəlmiş 18-60 yaş arası bütün kişilər Zakarpatiyaya gəldikdən sonra 24 saatdan gec olmayaraq səfərbərlik mərkəzlərinə gəlməli və qeydiyyatdan keçməlidirlər”.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, müvafiq əmri sabah vilayət hərbi administrasiyasının rəhbəri Viktor Nikita imzalayacaq.

“Xanımlarınız, analarınız və uşaqlarınız üçün sığınacaq veririk. Onları rayonumuzun silahlı briqadasında xidmət edən hər kəs qoruyacaq.

Əminəm ki, Zakarpat oğul və qızlarının bütün cəbhə boyu düşmənə qalib gəldiyi bir vaxtda qaynar nöqtələrdən köçməyə məcbur olmuş kişilər bölgəmizi və onların ailələrini düşməndən qorumaq şərəfini üzərilərinə götürəcklər”, – Viktor Nikita bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*