Səfir: “Səfirlik binasını qorumadığına görə Fransaya ayıb olsun!”backend

Səfir: "Səfirlik binasını qorumadığına görə Fransaya ayıb olsun!"

“Səfirlik binalarını qorumadığına və təhlükəsizliyimizlə bağlı fundamental tələblərə məhəl qoymadığına görə Fransaya ayıb olsun!”.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Twitter səhifəsində paylaşım edib.

“Fransadakı erməni fanatikləri Azərbaycan səfirliyinə hücum etdilər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq.

Cənab Emmanuel Makron, səfirlik binalarını qorumadığına və təhlükəsizliyimizlə bağlı fundamental tələblərə məhəl qoymadığına görə Fransaya ayıb olsun!”, – deyə səfir yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*