Şəhərin mərkəzində bayraq qaldırdı, həbs olundu – VİDEObackend

Şəhərin mərkəzində bayraq qaldırdı, həbs olundu - VİDEO

Sankt-Peterburqda Yeni il gecəsini qeyd edən özbək miqrantlar insanların sıx toplaşdığı meydanda Özbəkistanın dövlət bayrağını qaldırıblar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Rusiya və Özbəkistanın sosial şəbəkələrində yayılan video miqrantlar üçün sonradan ciddi problemə çevrilib.

Belə ki, Sankt-Peterburq Mərkəzi Rayon Polis İdarəsi Yeni il gecəsini qeyd edən miqrantlarla bağlı əməliyyat keçirib. Səbəb isə onların yaşayış qaydaları ilə əlaqədar inzibati pozuntulara yol verdiyi göstərilib.

Özbəkistan və Tacikistandan olan 14 miqranta qarşı inzibati xətalara dair protokollar tərtib edilib.

Özbəkistanda belə düşünürlər ki, çiyinlərdə Özbəkistan bayrağının nümayiş etdirilməsi şəhər ictimaiyyətinin ciddi qınağına tuş gəlib. Odur ki, polis idarəsi belə bir əməliyyat keçirmək məcburiyyətində qalıb.

“Xarici ölkələrin bayraqlarını dalğalandırmağı qadağan edən bir qayda varmı?”, – deyə sosial şəbəkələrdə Orta Asiya miqrantları hiddətlərini gizlətməyiblər.

Qeyd edək ki, 3 miqrant Rusiyadan deportasiya edilib. Bir miqranta isə qısa zaman ərzində Rusiyanı tərk etmək tapşırılıb. Qalan əcnəbilərin isə Rusiyada yaşama müddəti azaldılıb və ya yenidən giriş qadağası ilə bağlı Miqrasiya İdarəsinə sənədlər təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*