Şəhid jurnalist Sirac Abışovun nəşi yaşadığı evə gətirildibackend

Şəhid jurnalist Sirac Abışovun nəşi yaşadığı evə gətirildi

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovun nəşi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinə gətirilib.

KONKRET.az xəbər verir ki, onun nəşi yaşadığı Kərim Kərimov küçəsi hərbi şəhərciyə aparılıb. Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.

Bildirilir ki, şəhid jurnalistin cənazəsi sabah torpağa tapşırılacaq.

Allah rəhmət etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*