Səhiyyə Nazirliyindən tibbi maska ilə bağlı XƏBƏRDARLIQbackend

Səhiyyə Nazirliyindən tibbi maska ilə bağlı XƏBƏRDARLIQ

“Karantin qaydalarının yumşaldılması zamanı əhali arasında laqeydlik yaranır”.

KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır:

“Səhhətində narahatlıq olanlar və ya evdə xəstə şəxsə baxanlar mütləq maska istifadə etməlidirlər”.

O bildirib ki, qapalı məkanlarda bəzən maskanın düzgün taxılmaması müşahidə olunur:

“Maska istifadəsi tələbi olanda evdən çıxanda taxırdısa, indi qadağanın ləğvi nəticəsində insanlar lazımi yerlərdə taxılmasını unudur. Maskanı qatlayıb cibə qoymaq və ya qırışdırmaq olmaz. Maskanı xüsusi paketdə saxlamaq lazımdır”.

“Maska istifadəsi tələbinin ləğvi arxayınlıq yaratmasın. Yoxsa yenidən yoluxma sayında artım olacaq”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*