Səhrada itən 14 nəfərin meyiti tapıldıbackend

Səhrada itən 14 nəfərin meyiti tapıldı

Əlcəzairdə Liviya sərhədinə yaxın səhralıq ərazidə itən 14 nəfərin cəsədi tapılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Belkubur bölgəsində tapılan yaşları 10-57 arasında olan 14 nəfərin cəsədi İlizi vilayətinin Burc Ömer İdris bölgəsindəki meyitxanaya aparılıb.

Suriyanın Əlcəzair səfirliyindən verilən yazılı açıqlamada səhrada cəsədi tapılan 12 nəfərin suriyalı olduğu təsdiqlənib. Məsələ ilə bağlı Əlcəzair rəsmilərindən hələlik heç bir açıqlama verilməyib. Bildirilir ki, Əlcəzairin mərkəzi və cənub bölgələrindəki səhra bölgələrində son həftələrdə temperatur 50 dərəcəyə çatıb. Əlcəzairin cənub əyalətləri qeyri-qanuni yollarla Afrikadan Avropaya keçməyə çalışan marşrutlardan biri kimi tanınır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*