Səhv mesaj göndərənlərə ŞAD XƏBƏR: “WhatsApp” qaydaları dəyişirbackend

Səhv mesaj göndərənlərə ŞAD XƏBƏR: "WhatsApp" qaydaları dəyişir

Hazırda populyar messencer olan “WhatsApp”ın mütəxəssisləri sms-lərin avtomatik olaraq yoxa çıxması funksiyasının yenilənməsi üzərində işləyirlər.

KONKRET.az “Sputnik”ə istinadla xəbər verir ki, yeni funksiya işə düşdükdən sonra sms göndərildikdən artıq 24 saat sonra onun yaddaşdan avtomatik silinməsi mümkün olacaq. Yeni funksiya həm təkbətək, həm də qrupdaxili yazışmalar üçün əlçatan olacaq.

Hazırda “WhatsApp” parametrlərində sms-lərin yalnız 7 gün sonra avtomatik silinməsi funksiyasını seçmək olar. Bu halda həmin sms-lər həm göndərən, həm də alan tərəfin cihazından silinir.

Yeni funksiya hələ ki beta-sınaqdan keçirilir. Əməliyyat sistemində növbəti yenilənmələrdən sonra həmin funksiyanın Android, iOS və stolüstü versiyalar üçün əlçatan olacağı gözlənilir. publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*