Səhvən azadlığa buraxılan məhkum daha betər əməllər törətdi – FOTObackend

Səhvən azadlığa buraxılan məhkum daha betər əməllər törətdi - FOTO

İngiltərədə oğurluq etdiyi üçün həbs edilən təcavüzkar məhkum ötən ilin fevral ayında yalnışlıqla azadlığa buraxıldıqdan sonra öz dəhşətli əməllərini həyata keçirməyə davam edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək dozada narkotik maddə və spirtli içkilər qəbul edən Con Mkkan adlı şəxs azadlığa çıxdıqdan sonra ilk təcavüzünü aprel ayında gerçəkləşdirib. O, iki həftə ərzində İngiltərənin müxtəlif şəhərlərində yaşları 11 və 71 arasında dəyişən 11 qadına təcavüz edib.

May ayında isə bir ailənin evinə girərək analarını bağladığı iki qıza təcavüz edib. Adı açıqlanmayan 17 yaşlı qız bu hadisədən sonra hər gün qorxu içərisində yaşadığını bildirib. Yenidən həbs cəzasına məhkum edilən şəxsin ən azı 30 il həbsdə qalacağı məlum olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*