Xəbər verdiyimiz kimi, Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, əyləncə qurğusunun trosunun qırılması nəticəsində ölən Ucal Bayramov DOST Agentliyinin əməkdaşıdır.
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.\\unikal.az
