Şəkidə çörək sexində partlayış: Xəsarət alan varbackend

Şəkidə çörək sexində partlayış: Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyi Şəkidə baş verən partlayışla bağlı məlumat yayıb.

KONKRET.AZ-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Şəki şəhərində ümumi sahəsi 1000 m2 olan, bir dam altında tikilən obyektlərdən sahəsi 60 m2 olan çörəkbişirmə sexində yanğınla nəticələnən partlayış baş verib.

Partlayış dalğasının təsirindən sexin pəncərə şüşələri dağılıb. Partlayış nəticəsində çörək sexində çalışan 1961-ci il təvəllüdlü Məlahət Məmmədova yanıq xəsarətləri alıb, yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*