Şəkidə COVID-19 xəstəsi barədə araşdırmalara başlanıldı – FOTObackend

Şəkidə COVID-19 xəstəsi barədə araşdırmalara başlanıldı - FOTO

Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Davud Hüseynovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D.Hüseynovun “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*