Şəkidə oğul anasını bıçaqlayıbbackend

Şəkidə oğul anasını bıçaqlayıb

Şəkidə 44 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.

KONKRET.AZ bildirir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhəri, M. F. Axundov küçəsində yaşayan 1975-ci il təvəllüdlü Pərvanə Rəcəb qızı Nəcəfzadə sol qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlum olub ki, P. Nəcəfzadə yaşadığı ünvanda ailə münaqişəsi zəminində oğlu tərəfindən bıçaqlanıb. P. Nəcəfzadənin oğlunun əsəb pozuntusundan əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*