Selçuk Bayraktar: “Qarabağdakı müharibədən sonra Türkiyənin PUA-larına maraq çox artıb”backend

Selçuk Bayraktar: “Qarabağdakı müharibədən sonra Türkiyənin PUA-larına maraq çox artıb”

“Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Anadolu” agentliyinə açıqlamasında deyib.

O bildirib ki, xüsusən İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.

“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik çəkirik”, – deyə S. Bayraktar qeyd edib.

O, indiyə qədər 10-dan çox sazişin imzalandığını vurğulayıb. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*