Şəmkir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
KONKRET.az-ın məlumatına görə, şəhər ərazisində 2 avtomobil toqquşub. Hadisə nəticəsində 2009-cu il təvəllüdlü H.Məmmədov və 1979-cu il təvəllüdlü S.Abdullayev xəsarət alıblar.
Yaralılar xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
