Şəmkirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun Yeni Həyat kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan BMW markalı minik avtomobilin idarəetmədən çıxaraq, yolun kənarındakı betona çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
