SEPAH-ın Telegram kanalından Azərbaycana qarşı DAHA BİR TƏHDİD – FOTObackend

SEPAH-ın Telegram kanalından Azərbaycana qarşı DAHA BİR TƏHDİD - FOTO

SEPAH yenə Azərbaycana qarşı təhdidedici paylaşım edib.

KONKRET.az xəbər verir ki, SEPAH həmişəki kimi öz dağıdıcı və təxribat xarakterli mövqeyini ortaya qoyub.

İyulun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri zamanı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb. SEPAH bu görüşə “özünəməxsus” münasibət bildirib.

Belə ki, Azərbaycan və İran bayraqlarından foto paylaşan kanal buna qərəzli şərh verib.

“Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən istifadə edirik. Amma bəzən lazım gəldikdə “Fateh”i (İranın ballistik raketi) də işə salırıq…”, – deyə yazıb.

☑️هم پیمانان رژیم صهیونیستی در مرز های شمالی باید بداند که ما برای از بین بردن گرد و خاک ها از جارو استفاده می کنیم اما گاهی اگر لازم باشد « فاتح » را نیز به کار می گیریم...

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*