SEPAH-ın xəbər agentliyindən Azərbaycana qarşı TƏXRİBAT – FOTObackend

SEPAH-ın xəbər agentliyindən Azərbaycana qarşı TƏXRİBAT - FOTO

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Fars” xəbər agentliyi Qarabağın adını təhrif edərək “Arsax” yazıb və Rusiya Müdafiə Nazirliyinin mövqeyini təbliğ edir.

KONKRET.az İran mediasına istinadla  xəbər verir ki, agentlik Azərbaycan hərbçilərinin atəşkəsi pozduqlarını və “Arsax”da dinc sakini güllələdiklərini iddia edir.

“Hadisə Azərbaycan Ordusunun sərhədi pozaraq irəlilədiyi “Parux” (Fərrux-red) bölgəsində baş verib. Bir gün sonra Azərbaycanın “Bayraqdar” pilotsuz uçuş aparatı Arsaxa hücum edərək 3 erməni hərbçini öldürüb”, – deyə SEPAH-ın saytında yazılıb.

Qeyd edək ki, son günlər SEPAH-a aid media orqanları Azərbaycan və Türkiyəyə qarşı təhdid məzmunlu materiallar yayırlar.

SEPAH-ın sosial media hesabında yayılan videoda ötən il ali lider Əli Xamneyinin ikinci Qarabağ müharibəsi haqqında çıxışından sitat gətirilir,  Azərbaycana qarşı ənənəvi iddialar səsləndirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*