Separatçılarının lideri Arayik Arutyunyan yenə Moskvada “işgüzar” səfərdə olubbackend

Separatçılarının lideri Arayik Arutyunyan yenə Moskvada "işgüzar" səfərdə olub

Qarabağda erməni separatçılarının lideri Arayik Arutyunyan bu günlərdə Moskvada işgüzar səfərdə olub.

KONKRET.az-ın İnfoPort.am-a istinadla məlumatına görə, Arutyunyan Moskvada müxtəlif “rus rəsmiləri” ilə görüşüb.

“Görüşlər zamanı müdafiə, humanitar və digər sahələr üzrə məsələlər müzakirə olunub. Hər iki tərəf görüşün nəticələrindən razı qaldı”, – deyə mənbə qeyd edib.

Görünən odur ki, Qarabağ separatçıları və onların havadarları açıq-aşkar Moskvada dəstək qazanmağa çalışırlar.

Onların nə barədə “razılaşdıqları” məlum deyil. Amma Arayik Arutyunyan Moskvaya səfəri ilə Rusiya diplomatiyasını ciddi zərbə altında qoyur. Xüsusən də Qarabağdakı sülhməramlıların fəaliyyəti ilə bağlı narazılıq getdikcə artdığı bir vaxtda separatçıbaşının “rəsmi” səfəri suallar doğurur.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    Fevral 9, 2022 - 15:10

    Meydanda qazanılan qələbəmizin diplomatiya sahəsində torbasını tikirlər. Bu gün qiymət artımları ilə acınacaqlı vəziyyətə salınan Azərbaycan xalqına (məmurların vəzifələrində qalmaları ücün) hələ çox ehtiyac olacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*