“Artsax”ın mədəni paytaxtı – Şuşa Azərbaycana təslim edildi.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ArmNews telekanalına eksklüziv müsahibəsində deyib.
“Əlbəttə ki, Şuşa təslim oldu. Şəhərin qəsdən verildiyini demək istəməzdim. Amma Şuşa itirildi. O zaman mən müharibənin nə vaxt bitəcəyini bilirdim.
19 oktyabrdan sonra da tanışlarım və həmkarlarımla söhbətimdə dedim ki, azərbaycanlılar Şuşanı işğal edən gün müharibə başa çatacaq. Əminəm ki, söhbət etdiyim insanlar gec-tez bu həqiqətləri təsdiqləyəcəklər. İndiyə qədər bu barədə heç kim danışmırdı”.
“Bu, artıq dəfələrlə deyilib. Kapitulyant noyabrın 9-də Şuşa üçün döyüşlərin olduğunu yazırdı. Amma noryabrın 5-də Şuşa azərbaycanlıların nəzarəti altında idi. Şuşa uğrunda güclü döyüşlər olduğu deyilir. Bu, o zaman idi ki, bizimkilər Şuşanı geri almağa çalışırdılar. Bu da mənə qəribə gəlir, çünki geri qaytarmaq müdafiə olunmaqdan on qat çətindir. Niyə müdafiə etmədilər, sonra niyə bu qədər qurban verdilər? Yeri gəlmişkən, bu cəhdlər zamanı, belə demək mümkünsə, inadkar döyüşlər zamanı naməlum, anlaşılmaz şəraitdə yüzlərlə qurbanımız oldu”.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Sarkisyan Serj sən hələ bilmirsən Şuşa və bütövlükdə Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.Sən çox savadsız şərəfsiz alçaq qanıçən erməni faşistisən ə
Саркисян Серж ты пастух ваша Армянской армия проиграл Карабахе не кто из вас не продал Карабах это территория принадлежит Азербайджана и тебя тоже угрожать будем .по малчи шакал
Товарищ Чебурашка говорит,что я сказал когда “оккупируют”Шушу,тогда война закончится. Товарищ примат не понимает,что Шушу освобаждали от оккупантов-фашистов(точнее от бандерлоги)’а не оккупировали.