Sərnişin daşıyan mikroavtobus qəzaya düşdübackend

Sərnişin daşıyan mikroavtobus qəzaya düşdü

Şəkidə sərnişin daşıyan “Vito” markalı sərnişin daşıyan mikroavtobus qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Vito” markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub. Qəzadan sonra Vito yoldan çıxaraq ağaca dəyib. Üç baş camış tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*