“Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olan “6-cı Mərtəbə” ilə bağlı iki iddia qaldırıldıbackend

“Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olan “6-cı Mərtəbə” ilə bağlı iki iddia qaldırıldı

Bakı Kommersiya Məhkəməsində “Mecc” MMC-nin “6-cı mərtəbə” müstəqil şirkətinə qarşı iki iddia üzrə məhkəmə çəkişməsi davam edir.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, ayrı-ayrı hakimlərin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 4 və 6-na təyin edilib.

“Mecc” MMC “6-cı mərtəbə” müstəqil şirkətini məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Qeyd: “6-cı mərtəbə” müstəqil şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olub. Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda bildirilir ki, bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər – “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC “6-cı Mərtəbə”dən şikayətçidirlər, çünki müqavilə öhdəlikləri yerinə yetirilməyib, pulları ödənilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*