“Şərqi Azərbaycanın əsas su anbarlarında su tükənir”.
KONKRET.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə açıqlama verib.
“Quraqlıq və yağıntıların azalması səbəbindən su anbarlarında mövcud olan su həcmi 33%-ə qədər azalıb. Müxtəlif bölgələrdə kənd təsərrüfatı sahəsi və kəndlilərin istifadəsi üçün nəzərdə tutulan irili-xırdalı 58 su bəndinində suyu 15%-ə qədər azalıb”-deyə, Y.Qafarzadə bildirib.
O, deyib ki, otən ilin oktyabrından bu günə kimi əyalətin böyük bəndlərinə axan suların həcmi 349 milyon kubmetrə bərabərdir. Bu, ondan öncəki il 472 milyon kubmetr idi.
Bununla da bu müddət ərzində toplanan suların miqdarında ortalama 26% azalma qeydə alınıb.
“Şərqi Azərbaycan əyalətində irili-xırdalı 146 su bəndi mövcuddur. Bu bəndlərdə toplanan illik su həcmi 581 milyon kubmetrdir. Hal-hazırda qeyd olunan bəndlərdə yığılan su ötən ilin oxşar dövrü ilə müqayisədə 21% azdır” -deyə, Regional Su Şirkətinin başçısı qeyd edib.
Yusif Qafarzadənin dediyinə görə, Şərqi Azərbaycanda əksər bəndlərə axan su miqdarı ötən illə müqayisədə azalıb.
Aydoğmuş, Miyana, Qala çay, Əcəbşer, Səhənd Ələviyan və Nəhənd bəndlərinə axan suların miqdarında sıra ilə 53%, 38%, 29%, 23% və 23% azalma qeydə alınıb.
