Sertifikasiya imtahanında maksimum balı Salyan müəllimləri yığıb – VİDEObackend

Sertifikasiya imtahanında maksimum balı Salyan müəllimləri yığıb - VİDEO

İyunun 20-də Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən İbtidai sinif müəllimlərinin sertifikasiya imtahanında 2 müəllim ən yüksəl balı -60 balı toplaya bilib.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Belə ki, ən yüksək bal yığan müəllimlərdən biri Salyanın Yenikənd orta məktəbinin müəllimi Dünyamalıyevə Flora, digəri isə Salyan 2 saylı məktəbin müəllimi Məmmədova Şahinə olub.

Elm və Təhsil Nazirliyi tərəfindən iyunun 20-dən başlayaraq ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Sertfikasiya 23 imtahan mərkəzində keçirilir. 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq.

Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.

İmtahanda minumum bal 50, maksimum bal isə 60 bal nəzərdə tutulub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*