Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, qəza zamanı ölən olmayıb. Sərxoş halda olan Hacıyev Yusif İmam oğlunin idarə etdiyi avtomobil idarəteməni itirərək yolun kənarına düşüb. Gəndov-Yalama yolunun 1-ci km də baş verən hadisədə xəsarət alan digər sərnişin xəstəxanaya aparılıb. Zərərçəkən ilkin tibbi müayinə edildikdən sonra stasionar müalicəyə cəlb edilib.
Cəlal Fərəliyev,
Konkret.az