“Səudiyyə Ərəbistanı İranın yeni hökuməti ilə əlaqə saxlayır və müsbət cavab görəcəyinə ümid edir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri şahzadə Feysəl bin Fərhan Al Səud deyib. Onun sözlərinə görə, İranın Vyanadakı sərt mövqeyi bütün ölkələri narahat edib.
“İranla nüvə danışıqlarında iştirakımız bizi həll yollarını tapmağa yaxınlaşdırır. Körfəz Əməkdaşlıq Şurası İranla uzunmüddətli və hərtərəfli nüvə sazişi bağlamaq istəyir”, – deyə nazir bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
