Şeyx Əbdülün əsas diaqnozu bəlli oldu backend

Şeyx Əbdülün əsas diaqnozu bəlli oldu 

“Səhhətimlə bağlı bir neçə problem var. Amma əsl xəstəlik qocalıqdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Əbdül Mahmudbəyov (Şeyx Əbdül) bildirib.

Hazırda “MedEra” xəstəxanasında olan Xalq artisti həm tənəffüs yolları, həm də mədə-bağırsaq sistemi ilə müalicəsinin davam etdiyini qeyd edib.

“Bundan əlavə, belimin sağ tərəfində yaranan problem hərəkətimi çətinləşdirir”, – deyə o əlavə edib.

Əbdül Mahmudbəyovun yaxın günlərdə xəstəxanadan çıxmayacağını deyib:

“Müalicə hələ təzə başlayıb. Əvvəlcə mədə-bağırsağı sistemi yoluna qoyulmalıdır. İkinci mərhələdə isə digər xəstəliyimi müalicə etməlidirlər. Yəqin ki, hələ beş-on gün xəstəxanada olacağam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*