Si Cinpin Putinin Rusiyaya səfər dəvətindən İMTİNA ETDİ – Kreml TƏKZİB VERDİbackend

Si Cinpin Putinin Rusiyaya səfər dəvətindən İMTİNA ETDİ - Kreml TƏKZİB VERDİ

Si Çinpin Putinin Rusiyaya dəvət təklifini rədd etdiyi məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti Çindəki diplomatik mənbələrə istinadən yazır.

Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpini Rusiyaya səfərə dəvət edib. Lakin o, koronavirus pandemiyasını əsas gətirərək bundan imtina edib.

Eyni zamanda, Çindəki diplomatik mənbələr hesab edirlər ki, Si Cinpin sentyabr ayında üçüncü müddətə seçilməyi planlaşdırdığı seçkilərdən əvvəl mediada “çirklənmək” istəmir.

Kreml isə Si Cinpinin Rusiyaya səfər etməkdən imtina etməsi ilə bağlı xəbərləri təkzib edib.

“Xeyr, elə deyil. Fakt budur ki, Çində müəyyən “Covid” məhdudiyyətləri davam edir. Bu, tamamilə normaldır. Putinin Çinə, Si Cinpinin isə Rusiyaya səfər etmək üçün etibarlı dəvəti var”, – deyə Rusiya Prezidentinin mətbuat katibi cavab verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*