“Silahlar işə düşübsə, deməli burada bir məqsəd var” – Zoddakı təxribatla bağlı İLGİNC AÇIQLAMAbackend

"Silahlar işə düşübsə, deməli burada bir məqsəd var" - Zoddakı təxribatla bağlı İLGİNC AÇIQLAMA

Sülh müqaviləsinin imzalanması istiqamətində intensiv danışıqların aparıldığı bir vaxtda ermənilər yenidən təxribata əl atıblar. Belə ki, Zod istiqamətində törədilən təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Bəs görəsən, bu təxribatların arxasında nə dayanır? Azərbaycan bununla bağlı hansı addımları atmalıdır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, ermənilərin öz havadarlarının təzyiqi ilə təmas xəttində təxribatlar törədəcyi gözlənilirdi: “Azərbaycan bu təxribatlara hazırdır. Belə təxribatların sonda müharibəyə gətirib çıxaracağından qorxmalı olan isə Ermənistandır. Təbii ki, ermənilər səbəbsiz yerə boş güllə atmırlar. Silahlar işə düşüb və atəşkəs pozulubsa, deməli burada bir məqsəd var. Ermənilər atəşkəsi pozmaqla öz çirkin niyyətlərinə nail olmaq istəyirlər. Hazırki vəziyyətdə erməniləri düşündürən əsas məsələ sülh müqaviləsinin imzalanmasını çətinləşdirmək və danışıqlar prosesinə xələl gətirməkdir. Təəssüflər olsun ki, onlar bu niyyətlərinə nail olmaq üçün Rusiya ilə birləşiblər”.

Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq -  25.02.2016, Sputnik Azərbaycan

Politoloqun sözlərinə görə, Rusiya belə tez bir zamanda sülh müqaviləsinin bağlanmasına qarşıdır: “Kreml hətta danışıqlar üçün Moskvadan başqa digər heç bir plotformanı qəbul etmək istəmir. Kremldən gələn məlumatlar göstərir ki, Moskva danışıqların Qərb və ABŞ-ın vasitəçiliyi altında keçirilməsinə mane olacaq. Düşünürəm ki, təxribatlar bu məqsədə xidmət edir. Moskva belə kiçik təxribatlarla Ermənistanı danışıqlar prosesindən uzaqlaşdırmaq istəyir və buna müəyyən qədər nail olur. Amma Rusiyanın daha ciddi təxribatlar yaratmaq ehtimalı var ki, biz yaxın günlərdə bunun şahidi olacağıq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*