Şimal bölgəsinə qar yağıb – Temperatur mənfi 11 dərəcəyə enibbackend

Şimal bölgəsinə qar yağıb - Temperatur mənfi 11 dərəcəyə enib

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*