Şimali Koreya “COVID-19″a qarşı çay və duzlu su ilə mübarizə aparırbackend

Şimali Koreya "COVID-19"a qarşı çay və duzlu su ilə mübarizə aparır

Şimali Koreya effektiv antiviral dərmanların olmaması səbəbindən artan yoluxma hallarına qarşı ənənəvi üsullarla mübarizə aparır.

KONKRET.az xəbər verir ki, dövlət mediası ölkədə “qızdırma” adlandırılan koronavirusla mübarizə üçün ənənəvi müalicə üsullarını təklif edib.

Belə ki, hakim partiya qəzeti “Rodong Simnun” ciddi xəstəliyi olmayanlara zəncəfil və söyüd yarpağı içkisi kimi dərmanlar tövsiyə edib.

Bildirlir ki, “antiseptik məhlul” hazırlamaq üçün Pxenyana min ton duz göndərilib.

Həmçinin xəstələrə “ibuprofen”, “amoksisillin” və digər antibiotiklərdən istifadə etmək tövsiyə edilib.

Qeyd edək ki, Şimali Koreya keçən il qlobal peyvənd mübadiləsi proqramı “Covax” çərçivəsində Çin istehsalı olan üç milyon dozadan imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*