Şimali Koreya lideri: “Nüvə qüvvələrimizi maksimum sürətlə inkişaf etdirəcəyik”backend

Şimali Koreya lideri: "Nüvə qüvvələrimizi maksimum sürətlə inkişaf etdirəcəyik"

Şimali Koreya lideri Kim Çen In nüvə qüvvələrini inkişaf etdirəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyində “KCNA” məlumat yayıb.

Bildirilib ki, Kim Çen In Şimali Koreya ordusunun yaradılmasının 90-cı ildönümü ilə bağlı paytaxt Pxenyan mərkəzində keçirilən hərbi paradı izləyib.

Şimali Koreya lideri qitələrarası ballistik raketlərin nümayiş olunduğu mərasimdəki çıxışında ölkəsinin nüvə qüvvələrini “maksimum sürətlə” inkişaf etdirəcəyini bildirib.

Nüvə qüvvələrinin əsas missiyasının çəkindirmə olduğunu bildirən Kim Çen In, “Ancaq torpaqlarımızda arzuolunmaz bir vəziyyət yaranarsa, nüvə güclərimiz tək bir missiya ilə məhdudlaşa bilməz. Əgər hər hansı bir güc əsas maraqlarımıza müdaxilə etməyə çalışarsa, bizim nüvə qüvvələrinin ikinci vəzifəsini yerinə yetirməkdən başqa seçimi qalmayacaq” – deyə əlavə edib.

Həmçinin agentlik Şimali Koreyanın ən böyük qitələrarası ballistik raketi “Hwasong-17″nin paradda iştirak etdiyi barədə məlumat paylaşıb.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*