Şimali Koreya xəbərdarlıq edib ki, ölkənin hava məkanına daxil olan Amerika kəşfiyyat təyyarəsi vurulacaq.
KONKRET.az xəbər verir ki, bu barədə KXDR müdafiə departamenti məlumat yayıb.
Vurğulanıb ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi Şərq dənizinin üzərində məhv edilə bilər.
Qeyd edək ki, iyulun 2-dən iyulun 9-dək olan müddətdə Amerika təyyarələri tərəfindən KXDR hava məkanının pozulması ilə bağlı bir neçə hal qeydə alınıb.
Bundan əvvəl Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanı yarımadada vəziyyəti nüvə qarşıdurması həddinə çatdırmaqda ittiham edib.
Belə ki, KXDR Xarici İşlər Nazirliyi ölkənin müdafiə qabiliyyətini artırmaq niyyətini vurğulayıb.
İqbal Rzayev,
KONKRET.az
