Şimali Koreyaya bu halda iqtisadi yardım ediləcək – Cənubi Koreya AÇIQLADIbackend

Şimali Koreyaya bu halda iqtisadi yardım ediləcək - Cənubi Koreya AÇIQLADI

Şimali Koreya nüvəsizləşdirmə istiqamətində qəti addımlar atsa, ona iqtisadi yardım ediləcək.

KONKRET.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Yoon Suk-yeol bildirib.

Onun sözlərinə görə, Pxenyan administrasiyasının nüvəsizləşdirilməsi Koreya yarımadasında və bütün dünyada davamlı sülh üçün vacibdir.

“Şimali Koreya nüvə proqramını inkişaf etdirməyi dayandırsa və real nüvəsizləşdirmə prosesinə başlasa, bu təşəbbüs Şimali Koreyanın iqtisadiyyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”, – Yoon Suk-yeol deyib.

O həmçinin Şimali Koreyaya kənd təsərrüfatı istehsalının artırılmasına, səhiyyə infrastrukturunun yaxşılaşdırılmasına, beynəlxalq investisiya və maliyyə dəstəyi təşəbbüslərinin həyata keçirilməsinə kömək etməyi təklif edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*