Şimali Makedoniya NATO-nun yeni üzvü seçildibackend

Şimali Makedoniya NATO-nun yeni üzvü seçildi

İspaniya parlamentinin yuxarı palatası Şimali Makedoniyanın Şimali Atlantika Alyansına qoşulmasına dair sənədləri təsdiqləyib.

KONKRET.az xarici  mediaya istinadən xəbər verir ki, Şimali Makedoniyanın yaxın gələcəkdə alyansın 30-cu üzvü ölkəsi olma yolunu təmizləyən İspaniya NATO-ya üzv 29 ölkədən sonuncusudur.

“Bununla əlaqədar olaraq, bütün müttəfiqlər tezliklə 30-cu üzvümüz olacaq ölkəni alqışladılar. Şimali Makedoniyanı təbrik edirik!” – deyə Stoltenberg bildirib.

Qeyd edək ki, 6 fevral 2019-cu ildə Şimali Makedoniyanın NATO-ya daxil olması ilə bağlı protokol imzalanıb. Şimali Makedoniya Assambleyası protokolu 11 fevral 2020-ci ildə təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*