“Biz Rusiyanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırırıq”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Twitter” mikrobloqunda yazıb.
“Biz Rusiyanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icrası üçün təsirli addımlar atmağa, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırırıq.
Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması qətiyyən yolverilməzdir. Biz Rusiyadan və BMT-yə üzv dövlətlərdən kömək gözləyirik”, – Simonyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az

Simonyana demək lazımdır ki, əvəlcə Ermənistan qoşunlarının qalıqlarını Qarabağdan çıxarın, Zəngəzur dəhlizini açın, qaçqınların Qarabağa qayıtmasına şərait yaradın sonra bizə irad rətutdunlar