Simonyan Koçaryana QARŞI: Ermənistanda nə baş verir?backend

Simonyan Koçaryana QARŞI: Ermənistanda nə baş verir?  

Ermənistan parlamentinin spikeri Alen Simonyan keçmiş prezident Robert Koçaryana qarşı məhkəmə iddiası qaldırıb.

KONKRET.az xəbər verir ki, Alen Simonyan keçmiş prezident Robert Koçaryana qarşı məhkəməyə müraciət edib.

O, Koçaryandan ictimai üzrxahlıq tələb edir və 1 milyon dramlıq kompensasiyanın ödənilməsini istəyir.

Məsələ 29 yanvar 2026-cı il tarixində keçirilən mətbuat konfransında gündəmə gəlib. Həmin gün jurnalist Simonyanın orduda ərzaq, su çatışmazlığı və əsgərlərin alçaldılması ilə bağlı açıqlamalarını xatırladaraq soruşub: “Niyə orduda ən pis vəziyyət Koçaryanın prezidentliyi dövrü ilə üst-üstə düşür?”
Koçaryan isə cavab olaraq bildirib: “Əgər Alen Simonyan ordunun döyüş qabiliyyətini qiymətləndirirsə, görün biz hara gəlib çatmışıq? Bu insan ordunu nə dərəcədə başa düşür? Şübhə edirəm ki, o, hətta normal xidmət edib. Çünki belə şərəfsizlər normal xidmət edə bilməz”,- Koçaryan vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*