Yaponiyada keçmiş baş nazir Sindzo Abenin sentyabrın 27-də keçiriləcək rəsmi dəfn mərasiminə etiraz olaraq 70 yaşlı kişi Tokioda özünü yandırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Tokio polisindən verilən məlumata görə, hadisə bir çox rəsmi binaların yerləşdiyi Kasumigaseki rayonunda baş verib.
Qeyd edək ki, Yaponiya hökuməti sui-qəsd nəticəsində dünyasını dəyişən Abe üçün sentyabrın 27-də Tokiodakı Budokan qapalı gimnaziyasında rəsmi dəfn mərasimi keçirəcək.
Keçmiş baş nazirlərin rəsmi dəfn mərasiminin təşkilini tələb edən konstitusiya müddəasının olmadığına bildirən müxalifət qrupları ölkənin müxtəlif yerlərində nümayişlər keçirərək qərara etiraz ediblər.
İqbal Rzayev,
KONKRET.az