Şirvanda bədbəxt hadisə baş verib.
KONKRET.AZ-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış şəhərcikdə qeydə alınıb.
Füzuli rayon sakini, 1960-cı il təvəllüdlü Əliyeva Aygüzar Allahverdi qızı 8-ci mərtəbədən yıxılıb.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
