Şirvanda baş verən qəzada bir nəfər ölüb.
KONKRET.az xəbər verir ki, hadisə Şirvan şəhəri dəmir yolu stansiyasının çeşidləmə məntəqəsində baş verib.
“VAZ-2106” markalı avtomobilin aşması nəticəsində Şirvan rayon sakini, 2007-ci il təvəllüdlü Həsənov Emin Elvin oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
